E-mail: support@tophost.az
Azərbaycan dilində    На русском языке


Hosting xidmətlərindən istifadə şərtləri

Bir tərəfdən TopHost.az administrasiyası, "İcraçı" olaraq qeyd olunacaqdır. Digər tərəfdən bu müqaviləni, icraçının saytında qeydiyyatdan keçərkən, online hosting və ya domain alışı zamanı bu qaydaları qəbul etmiş şəxs və ya qurum, "Müştəri" olaraq qeyd olunacaqdır. Müqavilənin müddəti. Müştərinin icraçının web saytından qeydiyyatdan keçməsi ilə müqavilə qüvvəyə minir. Müqavilə müddətsizdir. 1. Xidmət müqaviləsi 1.1 Qeydiyyatdan keçmiş müştəri, icraçının saytında qeyd olunan müqavilə və istifadə şərtlərini oxumuş və qəbul etmiş sayılır. Müqavilə maddələri icraçının saytından aylıq, illik ödəmə edilən bütün xidmətlər üçün keçərlidir. İcraçının saytına üzv olaraq xidmət alan müştəri bu məlumatların doğruluğunu qəbul etmiş sayılır. 1.2 Sifariş edildikdən sonra, müştəriyə istifadəçi adı və şifrə məlumatları göndərilir. Müştərinin qeyd etdiyi e-mail adresə gələcəkdə hər hansı bir bildiriş göndərmək üçün istifadə ediləcəkdir. Bu e-mail adresin etibarlı olması müştərinin məsuliyyətinə aiddir. Müştərinin e-mail ünvanındakı hər hansı bir xətadan dolayı məlumatların çatmaması icraçının məsuliyyətində deyil. 1.3 İcraçı tərəfdən təqdim edilən kampaniyalar daxilində alınan xidmətlər kampaniya müddəti ərzində keçərlidir. Kampaniya müddəti icraçı tərəfindən təyin olunacaqdır. 1.4 Müştəri məlumatlarında qeyd olunan məlumatların doğru olub-olmaması müştərinin məsuliyyətindədir. 2. Sahiblik hüququ İstifadəçi şifrələrini unudan xidmət sahibi qeydli e-mail ünvanina şifrələrini icraçının saytı üzərindən tələb edə bilər. 3. Geri ödəmə şərtləri Müştəri 14 günlük ödənişsiz xidmət alır və əgər göstərilən xidmət onu qane edirsə ödəmə edib istifadəni davam edə bilər. Müştəri ödəmələrini təyin olunan vaxtlarda etməlidir. Sınaq müddətindən sonra olan ödənişlər geri qaytarılmır. Ödəmənin vaxtında edilməməsi nəticəsində sizin hesab dondurulur. 15 gün müddətində müştəri ödəniş etmədiyi halda ona aid olan məlumatlar serverdən silinir. 4. Backup İcraçı müştərinin bütün məlumatlarını həftəlik olaraq backup və məlumat təhlükəsizliyini təmin edir. Lakin müştərinin backup fayllarında çıxan hər hansı bir zədələnməyə icraçı cavabdehlik daşımır. Buna görə də müştəri hər zaman öz veb saytına aid fayllarını özündə qoruyub saxlamalıdır. 5. Resurslardan istifadə Xidmət alan müştəri, sistem resurslarının RAM 512MB və CPU 20%-indən və daha çoxunu istifadə edə bilməz. Serverdə torrent peer-to-perr kimi fayl paylaşım fəaliyyətlərindən istifadə etmək qadağandır. 20 saniyədən çox olan MySQL sorğu icra etmək qadağandır. 6. Məzmun 6.1 İcraçının serverlərində yazılı, səsli və ya vizual məzmun, material Azərbaycan Respublikası qanunlarına və beynəlxalq qanunlara zidd ola bilməz. Əks halda yaranan bütün maddi və mənəvi məsuliyyətlər müştəriyə aiddir. İcraçının təmin etdiyi bütün xidmətlər yalnız qanuni və etibarlı məqsədlər üçün istifadə edilə bilər. Müştərilər, icraçıya toxunulmazlıq haqqı verməyi qəbul edər və buna əlavə olaraq xidmət şərtləriylə əlaqədar hər hansı bir qərardan icraçını məsul tuta bilməz. 6.2 Müştəri, serverdə saxlanan məlumatlarında heç bir şəkildə qanunlara, əxlaqi və qanuni dəyərlərə zidd, yazılı və ya vizual məzmun, müəllif hüquqlarına zidd və ödənişsiz paylanmasına icazə verilməmiş hər cür material, pirat proqramlar saxlamayacağını qəbul edir. Qeyd olunanların əksi olarsa, icraçı məsul tutula bilməz, məsuliyyət müştəriyə aiddir. Bu maddədə qeyd olunanların əksi baş verdikdə, icraçı müqaviləni ləğv etmə hüququna malikdir. 6.3 İcraçının xidmətlərini istifadə edərək spam mail göndərilməsi, spam mail proqramlarının istifadəsi qəti şəkildə qadağandır. 6.4 İcraçının xidmətlərindən istifadə edən hər bir kəs CPU, RAM və şəbəkə xidmətlərindən normal istifadə etməli, digər müştərilərə maneə törətməməlidir. 6.5 İcraçıdan alınan hosting xidmətlərində arxiv, download, torrent və s. paylaşma vasitəsi olaraq istifadə etməsi qadağandır. Xüsusilə lisenziya haqqlarına sahib olmayan, film, musiqi, video və s. məlumatların saxlanılması və yayınlanması qadağandır. 6.6 İcraçıdan alınan hosting xidmətlərində chat və əyləncə tipli saytların yerləşdirilməsinə icazə verilmir. 7. Bütün hosting paketlərində qəbul edilməyən məzmun nümunələri
  • IRC Scriptlər / Botlar
  • Proxy script və Anonymizer
  • Pirat və Warez proqramlar
  • Image Hosting Sciptləri (Photobucket, tinypic və s.)
  • Adult, Erotik, Adult şəkil, video kimi hər cür məzmuna sahib saytlar
  • AutoSurf / PTC/PTS/ PPC saytları
  • IP Scanner
  • Bruteforce Programlar / Scriptlər
  • Mail Bomber /Spam Scriptləri
  • File Dump/Mirror Script (Rapidshare ve s.)
  • Audio/Video Streaming
  • Video və Mp3 (Bunlara daxildir: mp4, mkv, avi və s.)
  • Lotoreya / Qumar saytları
  • Hack ile əlaqədar saytlar / arxivlər / programlar
  • Qeyri qanuni fəaliyyətləri dəstəkləyən saytlar
  • Phishing və s.
8. Mail xidmətləri İcraçının xidmətlərindən istifadə edən hər bir kəs spam mail göndərilməsi qəti şəkildə qadağandır. Spam göndərən istifadəçinin hesabı dərhal dayandırılacaq. Serverlərdə saatlıq mail göndərilməsi müştərinin hesabına düşən pay 1200 ədəddir.
Mail şifrələrinin ən az 8 hərfdən ibarət olması və en az bir hərfinin böyük, rəqəm və simvoldan ibarət olması məsləhətdir. Şifrələrin sadə olması səbəbiylə oğurlanan və məlumatları zərər görən hesabların məsuliyyəti müştəriyə aiddir. 9. Əlavələr Müştəri istədiyi zaman öz hesabını dondura bilər. Bu zaman istifadə olunmamış ayların ödənişləri geri qaytarılmır.
İcraçı istənilən zaman qiymət və müqavilə şərtlərini müştəriyə xəbər vermədən dəyişdirmək və əlavələr etmək hüququna malikdir. 15.04.2014